Gəncədə yanacaqdaşıyan avtomobildə yanğın olub.

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhərin Sevinc qəsəbəsidə yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.