Saytımızı qiymətləndirin


 
 

Ermənistan Ukraynaya ordu göndərə bilər - Sensasiya
Tarix: 27-02-2024 | Saat: 17:16
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Rusiyanın təsəvvürləri onların problemidir. Bu sual bizi narahat etməməlidir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında “Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan Ukrayna lideri Vladimir Zelenskinin 4 martda Ermənistana səfər edəcəyi haqda məlumata Rusiyanın reaksiyasını şərh edərkən deyib.

O bildirib ki, xarici əlaqələr baxımından İrəvan mümkün qədər çox ölkə ilə əməkdaşlıq etməlidir:

“Çünki biz bu yaxınlarda başa düşdük ki, Rusiya bizim dostumuz deyil”.

Onun sözlərinə görə, bu gün dünyada iki qütb arasında mübarizə gedir:

“Ermənistanın alternativi yoxdur. Ya biz demokratik dünyaya inteqrasiya olunmuş ölkə olacağıq, ya da bütün nəticələri ilə suveren dövlət olmaqdan çıxacağıq. Hətta ola bilər ki, Ermənistandan Ukrayna ordusuna çağırılsınlar”.

 



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər
10-03-2021, 15:12 Bakıda gəmi yanır