Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar. 

Sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Sos ( Xocavənd - red. ) və Xaçmaç ( Xocalı - red. ) kəndlərində yerləşirdi. 

Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər. 

Ərazidən çıxarılan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib. 

Unikal.org