Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvanın bir sıra küçələrini yenidən bağlayıblar.
Qarabaginfo.az Para TV-yə istinadla xəbər verir ki, etirazçılar vətəndaşları mübarizəyə qoşulmağa çağırır.
Saxlanılanlar barədə hələ ki, məlumat yoxdur.
Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir. Etirazçılar əmindirlər ki, hakimiyyətin siyasəti ölkəni dövlətçiliyin itirilməsi ilə hədələyir.
İrəvandakı müxalifət bir neçə gündür ki, İrəvan küçələrini və regional magistralları, o cümlədən əsas nəqliyyat qovşaqlarını bağlayır.(Yenisabah)