Saytımızı qiymətləndirin


 
 

Fransada təhlükəli xəstəlik yayılıb: ölənlər var
Tarix: 25-09-2025 | Saat: 21:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Tibbi Yardım

Fransada legionellyoz adlı təhlükəli xəstəliyin yayılması ciddi narahatlıq yaradıb.

Qarabaginfo.az xəbər verir ki, sentyabr ayının ortalarından etibarən ölkənin Savoia və Yuxarı Sona bölgələrində ümumilikdə 51 yoluxma halı qeydə alınıb. Onlardan azı üç nəfər həyatını itirib.

Rəsmi məlumatlara görə, Savoia bölgəsində 45, Yuxarı Sonada isə 6 nəfərdə xəstəlik aşkarlanıb. Yoluxanlardan altısı hazırda reanimasiya şöbəsində müalicə olunur. Ölənlərdən biri 80 yaşdan yuxarı kişi olub, digər iki nəfər isə Yuxarı Sonada qeydə alınıb.

Milli Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzi bildirir ki, yoluxmalar son 10 gün ərzində daha çox qeydə alınıb. Xəstəliyin əsas ocaqları məhz bu iki bölgədə müşahidə olunur.

“Legioner xəstəliyi” adlanan legionellyoz ağciyərləri zədələyən infeksiyadır. Bakteriya insana əsasən su damcıları vasitəsilə, nəfəs yolu ilə keçir. Yüksək konsentrasiyalı legionella bakteriyası olan suyun buxarını udmaq infeksiyaya səbəb ola bilər.

Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, yalnız 2024-cü ildə ölkədə 1939 yoluxma halı qeydə alınmış, onlardan 160-ı ölümlə nəticələnmişdi.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər