Ana Sayfa > Karusel / Region > Müxalifət yenə İrəvanın yollarını bağladı

Müxalifət yenə İrəvanın yollarını bağladı


5-05-2022, 11:13. Yazar: Admin

2022/05/17868-1651728264.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvanın bir sıra küçələrini yenidən bağlayıblar.

Qarabaginfo.az Para TV-yə istinadla xəbər verir ki, etirazçılar vətəndaşları mübarizəyə qoşulmağa çağırır.

Saxlanılanlar barədə hələ ki, məlumat yoxdur.

Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir. Etirazçılar əmindirlər ki, hakimiyyətin siyasəti ölkəni dövlətçiliyin itirilməsi ilə hədələyir.

İrəvandakı müxalifət bir neçə gündür ki, İrəvan küçələrini və regional magistralları, o cümlədən əsas nəqliyyat qovşaqlarını bağlayır.(Yenisabah)


Geri dön