Tarix: 28-12-2017 | Saat: 08:50
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
"Qarabaginfo" Modern.az-ın Azərbaycan Cümhuriyyətinin qarşıdan gələn yüzillik yubileyi münasibəti ilə silsilə yazılarını təqdim edir. Bu dəfə təqdim edəcəyimiz materialın əsas mövzusu qürbətin iki ayrı nöqtəsində məskən salan məsləkdaşlar – M.Ə.Rəsulzadə ilə Ə.Tobçubaşov arasında kədərli məktublaşmadır. Dünən Rəsulzadənin Topçubaşova yolladığı bir məktubu oxuculara təqdim etmişdik. (buradan oxu: http://modern.az/az/news/152749#gsc.tab=0). Amma o məktub qürbətin ilk illərinə - 1922-ci ilə təsadüf edir.
İndi isə 1927-ci ildir... Çox şey dəyişib.... Topçubaşovun da, Rəsulzadənin də həyatında çox ağır itkilər yaşanıb. Amma onlar yenə də möhkəmdirlər. Rəsulzadə öz məktubunda Topçubaşova bu cür təsəlli verməyə çalışır:
“29 mart tarixli təziyətnamənizi aldım. Hərarətli cümlələrlə bəyan etdiyiniz duyğular dərd görmüş bit atanın ağzından çıxdığı üçün atasını itirmiş bir oğulu həm mütəəssir edir, həm də ona təsəlli verir. Nə edək, dözməliyik. Silsilədə bu həlqələr də varmış. Mərhumun ölüm ayağında, son nəfəsindəki duyğuları haqqındakı təsəvvürləriniz çox doğrudur. Könül arzu edərdi ki, bu qədər fəlakətdən sonra zavallı ixtiyarlarımız heç olmasa, bir neçə gün də olsa məmləkətin qurtuluşunu görməklə məmnun olaydılar. Fəqət qədərin quruluşunda məntiq nə gəzir? O, ixtiyarlara deyil, həyata hər cür haqları olan gənclərə belə qıyır. O, kürdür. Bununla belə, böyük ədalətin mövcudluğunu düşünmürük. Bu ədalətdən gözləyirik ki, şəxsimizdən aldığını könlümüzə qaytarmaqla əvəzini versin. Duyğularınıza və dualarınıza görə çox-çox təşəkkür edirəm”.
Rəsulzadənin bu məktubu 1927-ci il 12 aprel tarixində yazılıb. Amma Topçubaşova ünvanladığı bir başqa məktubda isə tamam ayrı məqamlara toxunub. 1927-ci il 25 mart tarixinə aid məktubu oxuculara maraqlı olar deyə, təqdim edirik:
“Xosrov bəy bundan səkkiz gün əvvəl İstanbula gəldi. Göndərdiyiniz əmanəti (beş min frankı) bu gün mənə təslim etdi. Özünə də söylədim: “Müsavat” Firqəsi bu pulu almaqdan imtina edir. Onun fikrincə, alaraq bölüşdürdüyünüz məlum pullar bütünlüklə İstanbulda yaradılmış Milli Mərkəz kassasına verilməlidir. Bunun üçün Xosrov bəydən aldığım göndərilən beş min frankı da Milli Mərkəz kassasına verdim. Milli Mərkəz isə bu pulları digər qisimlərin hesabatı və miqdarı müəyyən edilincəyədək depozito olaraq mühafizə edəcəkdir. İmkandan istifadə edib, hörmətlərimi yetirirəm, əfəndim”.
Mənbələr: А.М. Топчибаши. Парижский Архив 1919-1940. Книга вторая 1921-1923. / Составители Г. Мамулиа и Р. Абуталыбов. Введение, перевод и примечания Г. Мамулиа. М., 2016. С. 453-455. Məktubun rus dilində tərcüməsi;
M.Ə. Rəsulzadə: “Məktublar. Şəfibəyçilik”.
Digər xəbərlər