Makronun Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə gərginlik hiss olunub. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron danışıb. 

"O (Putin) dünən həmişəkindən daha az istehzalı idi, gərginlik hiss olunurdu", - Fransa lideri jurnalistlərə bildirib.

Putin Makronla görüşün işgüzar şəkildə keçdiyini, mənalı və faydalı olduğunu bildirib. Rusiya lideri bildirib ki , Qərb Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı mərkəzi narahatlığına məhəl qoymayıb. O, həmçinin qeyd edib ki, fransalı həmkarı ilə NATO-nun genişlənməməsi məsələlərini və Ukrayna ətrafında vəziyyəti müzakirə edib.