Saytımızı qiymətləndirin


 
 

Ukraynalı generaldan XƏBƏRDARLIQ: “Xarkov, Xerson və Nikolayevi də itirə bilərik”
Tarix: 08-04-2021 | Saat: 11:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin keçmiş rəisi, general-mayor Vasili Vovk ölkənin şərqindəki gərgin situasiyaya toxunub.

 

Qarabaginfo.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Vovk Donetsk və Luqansk vilayətlərində başlaya biləcək hərbi əməliyyatların ölkənin daha ağır məğlubiyyətə düçar olmasına gətirib çıxara biləcəyini əlavə edib.

“Hamı anlayır ki, NATO olmadan biz müharibəni uda bilmərik. Birinci sual: NATO üzvü olsaq, NATO Rusiya ilə müharibəyə gedəcəkmi? Böyük sualdır. Çətin ki. Yəqin ki yox. İndi bizdə nə Krım var, nə də Donbasın bir hissəsi. Hamı da deyir ki, NATO-ya üzv olmalıyıq. Ərazi bütövlüyü olmayan ölkə NATO-ya üzv ola bilməz”- deyə Vovk deyib.

 

Xüsusi xidmət orqanlarının generalı Ukraynanın müharibə olarsa, Donetsk və Luqanskla yanaşı, Xarkov, Xerson və Nikolayev vilayətlərini də tam itirə biləcəyii düşünür.
Modern.az



Xəbəri paylaş

1356 dəfə oxunub.

Digər xəbərlər
30-08-2021, 10:16 Deputatların tətili bitdi