Saytımızı qiymətləndirin


 
 

İsrail yaxın günlərdə İrana hucum edəcək –"Washington Post"
Tarix: 17-10-2024 | Saat: 11:50
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail ordusu yaxın günlərdə İrana hücum edə bilər. Lakin zərbələrin hədəfləri ilə bağlı hələlik qərar verilməyib.

Qarabaginfo.az bildirir ki, bu barədə “Washington Post” (WP) qəzeti İsrail rəsmilərinə istinadən yazır.

Bundan əvvəl CNN məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ rəsmiləri İsrail silahlı qüvvələrinin noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl İranın raket hücumuna cavab olaraq İranı vuracağına inanırlar.

İsrail rəsmilərinin sözlərinə görə, İrandakı hücumun hədəfləri ilə bağlı yekun qərar hələ verilməyib.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər