Saytımızı qiymətləndirin


 
 

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub
Tarix: 02-12-2024 | Saat: 22:28
Bölmə:Karusel / Təhsil | çapa göndər

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub

Məlum olduğu kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Bu barədə Qarabaginfo.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, qaydaların 4-cü hissəsinə əsasən tanınma üçün təqdim olunan xarici ali təhsil sənədinin autentik (həqiqi) olması tanınmaya dair başlıca tələblərdəndir.

"Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb və həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub", - deyə məlumatda bildirilib.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər
16-02-2024, 10:26 Paşinyan Almaniyaya getdi