Saytımızı qiymətləndirin


 
 

MN-in hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi həbs edilib
Tarix: 30-08-2024 | Saat: 20:21
Bölmə:Karusel / Kriminal | çapa göndər

MN-in hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi həbs edilib

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Qarabaginfo.az-a hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", məlumatda deyilir.

 



Xəbəri paylaş

95 dəfə oxunub.

Digər xəbərlər