Tarix: 19-02-2024 | Saat: 16:50
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen sözügedən posta ikinci müddət üçün namizədliyini irəli sürəcək.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Leyen Berlində “Xristian-Demokrat İttifaqı” partiyasının rəhbərliyinin iclasının yekunlarına dair danışarkən açıqlayıb.
“Bu gün tamamilə düşünülmüş qərar qəbul edirəm. İkinci müddətə namizədliyimi irəli sürmək istəyirəm”, - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.
Qeyd edək ki, Leyen 2019-cu ilin iyununda Avropa İttifaqının sammitinin qərarına əsasənAvropa Komissiyasının rəhbəri təyin edilib. O, 2019-cu il dekabrın 1-dən bu vəzifəni icra edir. Avropa Komissiyasının rəhbərinin növbəti səlahiyyət müddəti 2024-cü ilin dekabrından 2029-cu ilin noyabrınaq dədər uzadılacaq.
Digər xəbərlər