Ana Sayfa > Karusel / Siyasət / Dünya > Leyen Avropa Komissiyasının rəhbəri olaraq qalmaq istəyir

Leyen Avropa Komissiyasının rəhbəri olaraq qalmaq istəyir


19-02-2024, 16:50. Yazar: Admin

leyen-avropa-komissiyasinin-rehberi-olaraq-qalmaq-isteyir

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen sözügedən posta ikinci müddət üçün namizədliyini irəli sürəcək.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Leyen Berlində “Xristian-Demokrat İttifaqı” partiyasının rəhbərliyinin iclasının yekunlarına dair danışarkən açıqlayıb. 

“Bu gün tamamilə düşünülmüş qərar qəbul edirəm. İkinci müddətə namizədliyimi irəli sürmək istəyirəm”, - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib. 

Qeyd edək ki, Leyen 2019-cu ilin iyununda Avropa İttifaqının sammitinin qərarına əsasənAvropa Komissiyasının rəhbəri təyin edilib. O, 2019-cu il dekabrın 1-dən bu vəzifəni icra edir. Avropa Komissiyasının rəhbərinin növbəti səlahiyyət müddəti 2024-cü ilin dekabrından 2029-cu ilin noyabrınaq dədər uzadılacaq.


Geri dön