Putinin Azərbaycan torpağındakı milyarder "desantı"nın yerini Sorosun adamı tuta bilər...
Tarix: 21-02-2023 | Saat: 10:50
Bölmə:Karusel / Region | çapa göndər
1192 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-02-2023 | Saat: 10:50
Bölmə:Karusel / Region | çapa göndər

"Bütün bu səpkili xəbərlər manipulyasiya, başqatma da ola bilər və Vardanyan hələ uzun müddət Azərbaycan torpağında tutduğu "vəzifə"də qala bilər..."
Xəbərlər var ki, cümə axşamı Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan Ruben Vardanyanın qondarma "dövlət naziri" vəzifəsindən azad olunduğunu elan edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu haqda bu gün səhər saatlarında "Hraparak" nəşri məlumat yayıb.
Xatırladılır ki, daha əvvəl Vardanyan istefa verməyəcəyini bildirmişdi, ona görə də onun baş separatçı Arayikin fərmanı ilə vəzifəsindən kənarlaşdırılması qərara alınıb. Lakin "münaqişə deyil, qarşılıqlı razılaşma nəticəsində"... Bundan əlavə, məlumata görə, Vardanyan hələ də Qarabağda qalıb "müxtəlif problemlərin həllinə köməklik etmək niyyətindədir"...
Putinin milyarder "desantı"nın yerinə qondarma "dövlət naziri" vəzifəsinə isə separatçı-terrorçu rejimin qanunsuz "prokuroru" Qurgen Nersisyanın təyin ediləcəyi gözlənilir. Bəziləri tərcümeyi-halında 2020-ci ilin İyulundan 2021-ci ilin fevralına qədər "insan haqları" üzrə fəaliyyətinə işarə edərək onu Soros dairələri ilə bağlayırlar. Eyni zamanda Q.Nersisyanın Ermənistandakı Konstitusiya islahatları şurasının üzvü Daniel İoannisyanla isti münasibətləri olduğu da vurğulanır...
P.S. Bütün bu səpkili xəbərlər manipulyasiya, başqatma da ola bilər və Vardanyan hələ uzun müddət Azərbaycan torpağında tutduğu "vəzifə"də qalar...
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
12-12-2022, 20:22
Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu sahəyə təsir etməyəcək
10-11-2023, 13:43
Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib
16-02-2022, 16:25
Qarabağ separatçıları yazda hücuma hazırlaşır?
9-05-2022, 09:15
Kür çayında suyun səviyyəsi artıb
9-12-2024, 08:42
Gürcüstanda etiraz aksiyalarında saxlanılanların sayı açıqlanıb
2-02-2022, 18:46
Baş infeksionist COVID-19-a yoluxmanın artım səbəblərini izah etdi
3-05-2022, 20:36
Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib














