Bütün sivil dünyadan təcrid edilən Rusiya Suriya və Şimali Koreyanın ümidinə qalıb...
Tarix: 14-07-2022 | Saat: 17:43
Bölmə:Karusel / Region | çapa göndər
1278 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-07-2022 | Saat: 17:43
Bölmə:Karusel / Region | çapa göndər

"Saxta qurumların tanınmasının hüquqi nəticələri olmayacaq və Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini dəyişməyəcək"
"Rusiya Federasiyasının dünyadan təcrid edilməsi Şimali Koreyanın təcrid edilmə səviyyəsinə bərabər olacaq"
Ukrayna "DXR" və "LXR" saxta qurumları tanıyan BMT ölkələrindən biri ilə diplomatik münasibətlərə xitam verir...
Ukrayna üzdəniraq Donetsk və Luqansk "xalq respublikaları"nın müstəqilliyini tanıyan Şimali Koreya ilə diplomatik münasibətlərə xitam verir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
"Belə dost olmayan hərəkətə cavab olaraq Ukrayna Koreya Xalq Demokratik Respublikası ilə diplomatik münasibətlərə son qoyulmasını bəyan edir. KXDR ilə siyasi və iqtisadi təmaslar bu ölkəyə qoyulan beynəlxalq sanksiyalar səbəbindən həyata keçirilmir", - məlumatda belə deyilir.
Nazirlik qeyd edib ki, Şimali Koreya rejimi tərəfindən üzdəniraq "DXR" və "LXR"-in tanınması hüquqi nəticələrə gətirib çıxarmayacaq və Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini dəyişməyəcək.
"Rusiyanın Ukrayna ərazisinin bir hissəsində hakimiyyətin legitimləşdirilməsinə dəstək göstərməsi üçün KXDR-ə müraciət etməsi Moskvanın Pxenyana nisbətən daha zəhərli olmasından xəbər verir. Rusiyanın, ondan maliyyə və siyasi cəhətdən asılı olan ölkələrdən başqa, dünyada müttəfiqləri yoxdur, Rusiya Federasiyasının təcrid edilməsi səviyyəsi KXDR-in təcrid səviyyəsinə bərabər olacaq", - ukraynalı diplomatlar vurğulayıb.
Bundan öncə RBK nəşri fotoşəkil paylaşıb, orada KXDR səfiri Sin Xon Çxol "DXR" səfiri Olqa Makeyevaya hökumətinin "respublika"nın müstəqilliyini tanımaq barədə sənəd təqdim etdiyi əks olunub.
Həmçinin KXDR-in Moskvadakı səfirliyi məlumat verib ki, Pxenyan həm də "LXR"-in müstəqilliyini də tanıyıb.
Koreya Xalq Demokratik Respublikası dünyada ən qapalı və azad olmayan ölkələrdən hesab edilir, BMT-nin Rusiya və Suriyadan sonra "DXR" və "LXR" saxta qurumları tanıyan üçüncü ölkəsidir.(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
20-12-2017, 09:57
Mahmudov ölkədən 1 milyard pul çıxarıb - İddia
27-04-2020, 16:19
Azərbaycanda koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 23 nəfər sağalıb, bir nəfər vəfat edib
16-09-2023, 11:23
Qarabağ Azərbaycanın daxili məsələsidir - Prezidentin köməkçisi
15-06-2023, 14:53
Zaxarova Qərbin moderatorluq səylərinə ağız büzdü
21-04-2022, 11:06
Şuşaya təzyiqli su kəmərinin çəkilməsi planlaşdırılır - FOTOLAR
1-05-2022, 01:24
Putin Roma Papasının xahişini üç dəfə rədd edib
18-11-2017, 16:10
Prezident tanınmış YAP-çıları təltif etd - SİYAHI
10-12-2022, 20:41
Azərbaycanda akkreditə olunan diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər
20-09-2024, 08:12
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür


















