Saytımızı qiymətləndirin


 
 

Ermənistanda prezident səlahiyyətlərini Alen Simonyan İCRA EDƏCƏK
Tarix: 24-01-2022 | Saat: 10:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan parlamentinə ölkə prezidenti Armen Sarkisyanın istefa verdiyi barədə ərizə daxil olub.
 

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Tsovinar Xaçatryan bildirib.

 

Xatırladaq ki, dünən axşam saatlarında Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, uzun müddət düşündüyünü və dörd ilə yaxın aktiv işdən sonra respublika prezidenti vəzifəsindən istefa vermək qərarına gəldiyini elan edib. Sarkisyanın fikrincə, ölkə prezidentinin əlində daxili və xarici siyasətindəki köklü proseslərə təsir etmək üçün lazımi alətlər yoxdur.

 

Armen Sarkisyanın prezident postundan istefası onun ərizəsi parlamentə təqdim edildiyi vaxtdan təsdiqlənmiş sayılır.


Ermənistan Konstitusiyasının 144-cü maddəsinə görə, prezident istefaya getdikdə onun səlahəyyətlərini parlamentin sədri yerinə yetirir.

 

Bu o deməkdir ki, növbəti seçkilərə qədər Ermənistan prezidenti səlahiyyətlərini müvəqqəti olaraq spiker Alen Simonyan yerinə yetirəcək.



Xəbəri paylaş

285 dəfə oxunub.

Digər xəbərlər
27-10-2024, 19:15 Hizbullah İsraili vurub