Saytımızı qiymətləndirin


 
 

Misirli jurnalist Ermənistanın itkilərindən yazdı
Tarix: 27-03-2022 | Saat: 02:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu yaxınlarda ərəb ölkələrinin media nümayəndələrindən ibarət qrupun tərkibində Qarabağa səfər edən misirli jurnalist Əşrəf Əbu-Arafə rəhbərlik etdiyi “Əl Diplomasi” portalında işğalçı Ermənistanın 44 günlük müharibədə itkiləri barədə məqalə ilə çıxış edib.

Qarabaginfo.az xəbər verir ki, Bakıda Hərbi Qənimətlər Parkından da fotoşəkillərini təqdim edən jurnalist işğalçı Ermənistanın ordusunun ağır məğlubiyyətə düçar olduğu Azərbaycan torpaqlarında 4 milyard dollardan çox dəyəri olan texnika və avadanlıq itirdiyini yazıb.

Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Böyük Zəfərdən sonra - 2020-ci il dekabrın 1-də təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət götürülmüş texnikalarının sayını açıqlayıb. Bu siyahıda S-300 zenit-raket kompleksindən və hərbi təyyarələrdən tutmuş zirehli texnikaya qədər müxtəlif texnika növləri var. Prezident İlham Əliyev bu qənimətlərin nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkının açılışında da iştirak edib, həmçinin onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı Azadlıq meydanında keçirilən Qələbə paradında da göstərilib.

Məqalədə 44 günlük müharibədə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğaldan azad etdiyi ərazilər barədə də məlumat verilib.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər