Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.
"Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi", - dövlət başçısı vurğulayıb.Saytımızı qiymətləndirin
"Yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır" - Dövlət başçısı
Tarix: 02-09-2022 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
284 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-09-2022 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır".
Digər xəbərlər
8-04-2022, 10:14
Hulusi Akarla ukraynalı həmkarı arasında telefon danışığı olub
13-09-2022, 21:21
Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını pisləyib
5-11-2021, 13:48
Bu cinayətləri törədənlər amnistiyaya düşməyəcək
23-09-2024, 20:04
Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb
3-06-2021, 07:36
Bu il 38 şəhər və rayonda 200 subartezian quyusu qazılacaq
18-04-2023, 11:55
Rəisi İsraili hədələdi: “Təl-Əviv, Hayfa dağıdılacaq“
18-07-2024, 12:21
DSX və DİN birgə əməliyyat keçirib
20-12-2019, 10:02
DTX məlumat YAYDI: Yevlaxın sabiq icra başçısının həbsi ilə bağlı
16-11-2021, 19:38
Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib
6-06-2021, 06:58
Bayden Rusiya ilə sabit münasibət qurmaq istədiyini bildirib
Bu gün, 21:58Hörmüz boğazından keçən neft tankerinə hücum edilib
Bu gün, 21:33Yeni vəzifəsi məlum oldu
Bu gün, 15:21Tramp Özbəkistana səfər etmək istəyir
Bu gün, 14:56Tibb üzrə Nobel mükafatı laureatları məlum olub


















