Saytımızı qiymətləndirin


 
 

İrəvanın KTMT missiyası barədə şərtləri AÇIQLANDI
Tarix: 06-04-2023 | Saat: 17:11
Bölmə:Karusel / Region | çapa göndər

İrəvanın KTMT missiyası barədə şərtləri AÇIQLANDI

 

"Ermənistan KTMT missiyasından imtina etmir". 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan deyib. 

Hakim partiyanın nümayəndəsi müşahidəçilərin gəlişi üçün şərtləri açıqlayıb. O qeyd edib ki, missiyanın göndəriləcəyi barədə sənəd hələ də təsdiqlənmə mərhələsindədir. 

"Ermənistanın suveren ərazisində baş verənləri obyektiv şəkildə əks etdirməsi İrəvan üçün son dərəcə vacibdir. Ermənistan tərəfinin layihənin öz mövqeyinə uyğun gəldiyini hesab etdiyi mərhələdə müşahidəçilərin yerləşdirilməsindən danışmaq mümkün olacaq", - deyə parlamentari vurğulayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistandakı Aİ missiyasını tənqid edərək KTMT missiyası barədə danışmışdı.(modern.az)



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər
14-10-2024, 13:16 Sənaye istehsalı artıb