Rusiya Federasiyası Suriya və Türkiyə arasında vasitəçi kimi çıxış etməyə və iki ölkə liderləri arasında danışıqlar üçün platforma yaratmağa hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Onun sözlərinə görə, belə bir görüşün keçirilməsi iki ölkə liderlərinin siyasi iradəsindən asılıdır.

"Mən əminəm ki, belə görüşlərin keçirilməsində ciddi və aydın yanaşma lazımdır ki, görüş təkcə formal xarakter daşımasın, bunun nəticəsində həm Suriya, həm Türkiyə, həm də Türkiyə və bütün bölgə üçün zəruri olan müsbət nəticələr qeydə alınsın. Bizə gəlincə, belə bir addımı alqışlayırıq... Həm suriyalı dostlarımız, həm də türk tərəfdaşlarımızla görüşməyə hər zaman hazırıq. Və bizim vasitəçiliyimiz üçün Rusiya platformasının təmin edilməsində və ya bu cür görüşlərin keçirilməsində belə bir ehtiyac və ya fayda görsələr, biz hər zaman hazırıq", - deyə o bildirib.