Saytımızı qiymətləndirin


 
 

"Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyi bəyanat yaydı
Tarix: 19-09-2022 | Saat: 23:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyi bəyanat yayıb.

Qarabaginfo.az xəbər verir ki, bəyanatda deyilir: "27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən Müharibəsi zamanı Azərbaycan silahlı qüvvələri və Ali Baş Komandan İlham Əliyevin sayəsində düşmənə sarsıdıcı zərbə vuruldu, 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımız mənfur ermənilərdən təmizləndi. Ermənistan dövlət olaraq Azərbaycan qarşısında kapitulasiya aktına imza atdı. Təəssüf ki, aldığı acı dərslərdən nəticə çıxarmayan Ermənistan təxribatlar törətməkdə davam edir. Sentyabr ayının 12-dən etibarən Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində Azərbaycan ordusuna qarşı genişmiqyaslı hücum aktı həyata keçirməyə cəhdlər göstərilib.
Düşmənin bu əməllərinə cavab olaraq Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görülüb. Düşmən təxribatının qarşısını alan zaman Azərbaycan silahlı qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub. Düşmən 400-dən çox canlı qüvvəsini, saysız-hesabsız hərbi texnikasını itirib.

Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan 10 noyabr 2020-ci il tarixdə imzalanan bəyanatın şərtlərinə əməl etməməkdə israrlıdır . Təxribatçı əməllər isə bütün gücü ilə davam etməkdədir. Mənfur düşmən son günlərdə Azərbaycanın xarici ölkələrdə xidmət göstərən diplomatik nümayəndəliklərinə hücumlar həyata keçirir. Bu hücumlara vandalizm və terrordan başqa ad vermək mümkün deyil. Yada salaq ki, ermənilərin bu tipli çirkin terror və vandalizm əməlləri ən azı yüz ildir davam etməkdədir. Erməni terrorçuları vaxtilə türk diplomatlarına qarşı da terror aktları həyata keçirmiş, səfirlik binalarını partlatmışlar. Beynəlxalq təşkilatlar, böyük dövlətlər isə məhz erməni terrorçularının bu cür addımlarına qarşı hər zaman susqunluq nümayiş etdiriblər. Bu cinayətlərə DUR deməyin vaxtı çoxdan çatıb.
Erməni vandallarının bu əməllərini qətiyyətlə pisləyir, bütün beynəlxalq təşkilatları və dövlətləri erməni terroruna hüququ qiymət verməyə çağırırıq.
Qarabağ Azərbaycandır!
"Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyi olaraq, biz daim dövlətimizin yanındayıq. Allah Azərbaycanı qorusun!"




133 dəfə oxunub.

Digər xəbərlər