Tarix: 15-09-2022 | Saat: 20:28
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Nazirlər Kabineti “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında” qərarda dəyişiklik edib.
Qarabaginfo.az xəbər verir ki, dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2022-ci il tarixli qərarı ilə Tarif (qiymət) Şurasının Katibliyinin ictimai əsaslarla fəaliyyət göstərən quruma çevrilməsi ilə əlaqədardır.
Tarif (qiymət) Şurasının Katibliyinin ictimai əsaslarla fəaliyyət göstərən quruma çevrilməsi ilə bağlı “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında” qərarda Katibliyin işçilərinin say həddi, xidməti minik avtomaşınlarının limiti və maaşlarına dair bəndlər ləğv edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında” qərarda Tarif (qiymət) Şurası Katibliyinin işçilərinin say həddi 33 vahid, Şura üçün xidməti minik avtomaşınlarının limiti 2 ədəd müəyyən edilmişdi. Tarif (qiymət) Şurası Katibliyinin katibinin və işçilərinin aylıq vəzifə maaşları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatı rəhbərinin və işçilərinin aylıq vəzifə maaşları və digər təminatları səviyyəsində müəyyənləşmişdi.
Digər xəbərlər