Saytımızı qiymətləndirin


 
 

Bu il MTRŞ 6000 manatlıq cərimə tətbiq edib
Tarix: 30-12-2019 | Saat: 17:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Milli Televiziya və Radio Şurası tərəfindən bu il tətbiq edilən inzibati tənbeh tədbirinin miqdarı açıqlanıb.

 

Qarabaginfo "Pravda.az"a istinadən xəbər verir ki, Şuranın 2019-cu il üzrə hesabatında qeyd edilib ki, aparılmış monitorinqlər zamanı "Space" TV kanalının efirində 04 aprel 2019-cu il tarixdə saat 08:00-11:00 arası yayımlanan “Hər Səhər” proqramında  “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 3.7-ci bəndinin (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması) tələbinin pozulduğu müəyyən edilib.

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC barəsində 6000 (altı min) manat cərimə cəzası tətbiq edilib.

 



Xəbəri paylaş

504 dəfə oxunub.

Digər xəbərlər