Saytımızı qiymətləndirin


 
 

Məkkə Sazişi çərçivəsində yaradılan komitə oktyabrın 5-də ər-Riyadda toplanacaq
Tarix: 05-10-2026 | Saat: 07:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Məkkə Sazişi çərçivəsində yaradılan komitə oktyabrın 5-də ər-Riyadda toplanacaq

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan komitə oktyabrın 5-də ər-Riyadda toplanacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi, general Selçuk Bayraktaroğlu, həmçinin Səudiyyə Ərəbistanı və Pakistanın nümayəndələri iştirak edəcək.

Görüşdə regionda baş verən son hadisələr və ittifaqın institusional strukturunun yaradılması istiqamətində görülən işlərin hazırkı mərhələsi müzakirə olunacaq.



Xəbəri paylaş

57 dəfə oxunub.

Digər xəbərlər