Tarix: 25-01-2022 | Saat: 10:57
Bölmə:Karusel / Təhsil | çapa göndər
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə nəzərə alınır. Buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq.
Qarabaginfo.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.
Qeyd olunub ki, fənn kurikulumlarına görə 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir.
"Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır vəqiymətləndirilir. Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.
Digər xəbərlər