Saytımızı qiymətləndirin


 
 

Kuleba Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsindən danışıb
Tarix: 10-03-2022 | Saat: 16:08
Bölmə:Karusel / Region | çapa göndər

Dmitri Kuleba

 

NATO-ya tamhüquqlu üzv olmaq, NATO nizamnaməsi ilə verilən təhlükəsizlik zəmanətlərindən istifadə etmək bizim ardıcıl siyasətimiz olub.

Qarabaginfo.az xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Bununla belə, başa düşürük ki, bu, bir göz qırpımında, hətta yaxın gələcəkdə baş verməyəcək. Biz həmçinin NATO-nun təşkilat olaraq Rusiyanın Ukraynaya təcavüzünə reaksiyasını görürük. NATO müharibəni dayandırmaq və Ukraynadakı mülki insanları Rusiyanın hava hücumlarından qorumaq üçün kollektiv şəkildə hərəkət etməyə hazır deyil. Alyans bunu ikitərəfli əsasda etmək üçün üzv dövlətlərə həvalə edib. Bu sual doğurur ki, indiki vaxtdan NATO-ya üzv olana qədər Ukraynanın təhlükəsizliyini necə təmin etmək olar.
Əgər biz razılığa gələ bilsək ki, Şimali Atlantika Xartiyasında nəzərdə tutulan oxşar zəmanətlər sistemi Ukraynaya BMT TŞ-nin daimi üzvləri, o cümlədən Rusiya, böyük dost və qonşu ölkə Türkiyə və digər bütün qonşularımız tərəfindən verilsin, o zaman bu, müzakirə etməyə hazır olduğumuz bir şeydir. Müharibə indi gedir və biz bu məsələni necə həll etmək və təhlükəsizliyimizi necə təmin etmək barədə yaradıcı düşünməliyik. Hələlik təhlükəsizliyimizi təmin edən ordumuzdur. Ukrayna xalqı özünü fəda edir. Türkiyənin dəstəyi də daxil olmaqla tərəfdaşlarımız dəstək verir. Lakin bizim sistemli, davamlı həllə ehtiyacımız var”, - Kuleba vurğulayıb.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər
24-09-2020, 17:52 İstanbulda zəlzələ olub