Saytımızı qiymətləndirin


 
 

Qazilərin müraciətinə dərhal baxılsın - Baş prokurordan GÖSTƏRİŞ
Tarix: 22-07-2022 | Saat: 16:57
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməlidir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.


Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.


Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov,  Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Elşən Abbasov, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, Şuşa rayon prokuroru Məmmədəli Rəhmətov və Zəngilan rayon prokuroru Qibləli Kərimov hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib.

 

Müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

 
Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər