Saytımızı qiymətləndirin


 
 

Son 5 ildə YAP-da üzvlük haqlarından daxilolmalar 3 dəfədən çox artıb
Tarix: 02-10-2026 | Saat: 14:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

 

Son 5 ildə Yeni Azərbaycan Partiyasında üzvlük haqlarından daxilolmalar 3 dəfədən çox artıb.

Qarabaginfo.az xəbər verir ki, bunu YAP-ın VIII Qurultayında partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

“Hesabat dövründə respublika üzrə üzvlük haqqı daxilolmaları 2021-ci ildə 11 milyon 262 276 manat olduğu halda, 2025-ci ildə artıq 33 milyon 936 225 manata çatdırılmışdır. Bu da üç dəfədən çox artım deməkdir. “Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılmış maliyyə yardımı 12 milyon 283 652 manat olub”, - deyə Tahir Budaqov qeyd edib.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər