Saytımızı qiymətləndirin


 
 

Səməd Vurğun, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektində təmir aparılacaq, yol bağlanacaq
Tarix: 24-04-2026 | Saat: 11:33
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Səməd Vurğun, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektində təmir aparılacaq, yol bağlanacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın 3 ünvanında təmir işləri aparılacaq.

Bu barədə Qarabaginfo.az-a AAYDA-dan məlumat verilib.

Məlumata görə, təmir işləri Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası), Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası) və Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində) ünvanlarında aparılacaq.

Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır.

Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.

Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

“Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, - məlumatda bildirilib.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər