Tarix: 02-10-2026 | Saat: 14:54
Bölmə:Karusel / Region | çapa göndər
Yeni qanun layihəsi boğazın idarə olunması ilə bağlı əvvəllər mövcud olmuş qanunlardan əhəmiyyətli dərəcədə fərqlənir.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Həsən Qəşqavi “Tasnim”ə Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsindən danışarkən bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Hörmüz boğazında İranın idarəçiliyi tətbiq olunacaq və demək olar ki, həm boğazın girişində, həm də çıxışında İranın qərarvermə və idarəetmə imkanları tam qorunacaq.
Qəşqavi əlavə edib ki, ətraf mühitin qorunması, dənizçilik, yanacaq və digər məsələlərlə bağlı yaranacaq xərclər də İran tərəfindən tutulacaq.
O qeyd edib ki, İsrailə və İranla qarşıdurmada olan ölkələrə məxsus gəmilər, İrana qarşı hərbi əməliyyat həyata keçirən və ya hərbi yük daşıyan gəmilər Hörmüz boğazından keçə bilməyəcək.
Qəşqavi vurğulayıb ki, qarşıdurmada olmayan ölkələrə məxsus digər gəmilər isə qanunda nəzərdə tutulan qaydalara uyğun olaraq İran ordusunun Baş Qərargahından icazə almalıdır.
O əlavə edib ki, qanun layihəsinə əsasən, bütün sənədlərdə və danışıqlarda “Fars körfəzi”nin düzgün adından istifadə edilməlidir. Qəşqavi əlavə edib ki, hazırda qanun layihəsinin parlamentin plenar iclasına çıxarılması növbəsi gözlənilir və komissiyada onunla bağlı qanunvericilik prosesi başa çatıb.
Digər xəbərlər

















