Saytımızı qiymətləndirin


 
 

Hava kəskin PİSLƏŞİR - 15 dərəcə şaxta olacaq
Tarix: 19-12-2022 | Saat: 11:01
Bölmə:Karusel / Manşet | çapa göndər

Hava kəskin PİSLƏŞİR - 15 dərəcə şaxta olacaq

 

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dak güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, dekabrın 20-də hava arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

 

Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-na keçən gecə şimal və dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq ve dağətəyi rayonlarda qar yağacağı, qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə arazisində hava şəraitinin qısa müddətə kəskin intensivləşəcəyi gözlənilir.

 

Havanın temperaturu: dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında ise gece saatlarında 0"-yǝ yaxınlaşacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

 

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.



Xəbəri paylaş

82 dəfə oxunub.

Digər xəbərlər