Saytımızı qiymətləndirin


 
 

Rusiya Ermənistanın Aİİ-də konstruktiv işini davam etdirməsinə ümid edir
Tarix: 02-10-2026 | Saat: 17:24
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Baş nazirin müavini Aleksey Overçuk

 

Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) konstruktiv işini davam etdirməsinə ümid edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksey Overçuk bildirib.

"Biz, şübhəsiz ki, buna çalışırıq və Ermənistanı Avrasiya İqtisadi İttifaqının üzvü kimi görürük. Əlbəttə ki, Ermənistanın digər Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə konstruktiv işləməyə davam edəcəyinə çox ümid edirik", - Overçuk vurğulayıb.

Qeyd edək ki, rəsmi Moskva Ermənistan Aİİ üzvü olaraq qalarkən Avropaya inteqrasiyasını davam etdirməsinin mümkünsüzlüyü dəfələrlə bəyan edib. May ayının sonunda verilən birgə bəyanatda digər üzv dövlətlərin liderləri İrəvanı mümkün qədər tez bir zamanda Aİ və ya Aİİ-yə üzvlüyü ilə bağlı referendum keçirməyə çağırıblar. Lakin Ermənistan baş naziri Nikol Paşinyan bunu zəruri hesab etmədiyini açıqlayıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər