Saytımızı qiymətləndirin


 
 

Polisi söyən sürücü saxlanıldı
Tarix: 09-05-2022 | Saat: 13:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

2022/05/16520-1652088913.jpg

 

Ağdaş rayonunda polisə nalayiq ifadələr işlədən şəxs saxlanılıb. 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də saat 16 radələrində rayonun Maşat kəndi ərazisində “VAZ-21154” markalı avtomobil manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini İlkin Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən edilib.

O, polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlədib.

Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub və Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilib.



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər