Tarix: 13-12-2022 | Saat: 11:57
Bölmə:Karusel | çapa göndər
Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinin rəhbərliyi azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyası ilə bağlı erməni separatçıların müzakirə aparmaq təklifindən imtina edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Qeyd edilib ki, dünən Xankəndidəki separatçıların qondarma “deputatları” sülhməramlıların komandiri, general Andrey Volkovla görüşmək istəsələr də bu, baş tutmayıb. Daha sonra sülhməramlılar separatçı “deputatlara” hadisə yerinə - Laçın yolundakı aksiyaya yaxınlaşmağa imkan verməyiblər.
Rusiya sülhməramlıları bildiriblər ki, hazırda danışıqlardan söhbət getmir və bu, həm də azərbaycanlıların tələbidir.
“Sülhməramlılar bildiriblər ki, problem siyasi həll tələb edir və azərbaycanlıları oradan çıxarmaq üçün güc tətbiq etmək fikrində deyillər. Sülhməramlılar hazırda “yuxarıdan” qərar gözləyirlər və ona uyğun davranacaqları gözlənilir”, - deyə “Hraparak” yazıb.
Digər xəbərlər