Tarix: 17-11-2021 | Saat: 11:02
Bölmə:Karusel / Multimedia | çapa göndər
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilən Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Qarabaginfo.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərə hökm oxunub.
Hökmə əsasən sabiq icra başçı C.Cəfərov 8 il 6 ay azaldıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxslər Tacəddin Novruzov və Natiq Kərimov 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynov 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə edilib.
Digər xəbərlər