Tarix: 02-10-2026 | Saat: 14:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rəsmi Bakı Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalarının dəyişdirilməsini gözləyir.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı deyib.
“Biz yalnız bir son məsələni gözləyirik: Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişdirilməsindən sonra düşünürəm ki, yekun sülhün imzalanması reallığa çevriləcək”, - Prezidentin köməkçisi bildirib.
Hikmət Hacıyev bunun Ermənistanın daxili məsələsi olduğunu və Azərbaycanın həmin prosesə müdaxilə etmək niyyətində olmadığını da vurğulayıb. O, eyni zamanda belə konstitusiya dəyişikliklərinin beynəlxalq presedentlərinin olduğunu qeyd edib.
Azərbaycanın sülh gündəliyinə toxunan Prezidentin köməkçisi bildirib ki, Bakı sülhün yalnız siyasi hakimiyyətlə deyil, Ermənistan cəmiyyəti ilə də möhkəmləndirilməsini istəyir: “Azərbaycan tərəfdən isə sülh gündəliyini davam etdirmək, onu yerdə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan elə bir regional arxitektura qurmaq istiqamətində strateji qətiyyətimiz var ki, bu, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilsin”.
Digər xəbərlər

















