Tarix: 21-06-2023 | Saat: 16:36
Bölmə:Karusel / Dünya | çapa göndər
"Yaxın gələcəkdə Sarmat kompleksləri döyüş növbətçiliyinə keçəcək".
Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Rusiyanın nüvə triadası effektiv çəkindirmə və güc balansını təmin etməyə imkan verir. Strateji Raket Qüvvələrinin bölmələrinin təxminən yarısı ən son “Yars” kompleksləri ilə təchiz olunub və onlar müasir “Avanqard” raket sistemləri ilə yenidən təchiz edilir. Rusiya Federasiyasının nüvə qüvvələrinin aviasiya və dəniz komponentlərinin arsenalları ciddi şəkildə plana uyğun olaraq doldurulur. Ən son model zirehli texnikanın, raketdən müdafiə və elektron müharibə sistemlərinin, raket sistemlərinin xüsusi əməliyyatın döyüş tapşırıqlarının həllinə verdiyi böyük töhfəni qeyd etmək lazımdır. Silahlı Qüvvələrin bütün komponentlərinin potensialının artırılması planları tam həcmdə öz elmi və istehsalat bazasında həyata keçiriləcək. Rusiya döyüş şəraitində özünü sübut etmiş PUA-ların kütləvi istehsalını formalaşdıracaq", - o qeyd edib.
Digər xəbərlər