Saytımızı qiymətləndirin


 
 

AQTA Gəncədə 8 nəfərin yas mərasimində zəhərlənməsi ilə bağlı açıqlama verib
Tarix: 13-07-2026 | Saat: 06:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

AQTA Gəncədə 8 nəfərin yas mərasimində zəhərlənməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB 2

12 iyul 2026-cı il tarixində Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hadisə ilə bağlı açıqlamasında deyilir.

İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə xəstəxanada müvafiq tibbi yardım göstərilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və xəstələr evə buraxılıblar.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.

Araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər
19-07-2023, 16:19 Azyaşlı hovuzda boğulub