Beyrutda ermənilər Azərbaycanın Livandakı səfirliyinə basqın etməyə cəhd ediblər.
Vesti.az-ın verdiyi məlumata görə, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib.
Livan təhlükəsizlik qüvvələri onların səfirliyə yaxınlaşmasına imkan verməyib.