Saytımızı qiymətləndirin


 
 

Jurnalistlər “Güləbird” SES işi ilə tanış olublar
Tarix: 18-02-2021 | Saat: 16:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Jurnalistlər “Güləbird” Su Elektrik Stansiyasının işi ilə tanış olublar

Media nümayəndələrinin bu gün Laçın rayonuna mediaturu təşkil olunub.

Qarabaginfo.az xəbər verir ki, onlar “Güləbird” Su Elektrik Stansiyasına (SES) baxış keçiriblər.

Erməni barbarları burada da öz xislətlərini ortaya qoyublar. Erməni qəsbkarları işğal dövründə digər yerlər kimi, bu stansiyanı da darmadağın ediblər.

 

Güləbird kəndi işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə SES qısa müddət ərzində istismara verilib.

Jurnalistlər stansiyasının iş rejimi ilə tanış olub, SES-in fəaliyyəti barədə onlara məlumat verilib.  

Bildirilib ki, 8 meqavat gücündə olan “Güləbird” SES təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. SES-də istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

Qeyd edək ki, “Güləbird” Su Elektrik Stansiyası fevralın 14-də istifadəyə verilib. Stansiyanı Prezident İlham Əliyev işə salıb.

Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsi olduğundan onun istismara verilməsi tarixi və əlamətdar hadisə hesab olunur. (Qafqazinfo)



Xəbəri paylaş

1335 dəfə oxunub.

Digər xəbərlər
6-07-2023, 16:25 Prezident onu təltif etdi