Ermənistanın Baş Qərargah rəisi və digər yüksək rütbəli zabitlər COVID-ə yoluxub
Tarix: 27-01-2022 | Saat: 11:58
Bölmə:Karusel / Region | çapa göndər
1369 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-01-2022 | Saat: 11:58
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və digər yüksək rütbəli hərbçilər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxublar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyası məlumat yayıb.
Bildirilib ki, yoluxma səbəbi ilə Ermənistan Silahlı Qüvvələrinin 30-cu ildönümü münasibəti ilə yanvarın 28-də keçirilməsi planlaşdırılan rəsmi qəbul təxirə salınıb.
Xatırladaq ki, çərşənbə günü Ermənistanın Baş naziri Nikol Paşinyan da koronavirusa yoluxduğunu və xəstəliyin simptomsuz keçdiyini bəyan edib.
Son günlərdə Ermənistanda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir. Ötən sutkada ölkədə 2500-dən çox yoluxma halı qeydə alınıb.
Xəbəri paylaş
Digər xəbərlər
28-06-2024, 08:39
65 nəfər də Laçına gedir
26-09-2024, 13:18
İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb-FOTO
4-06-2024, 17:14
Paşinyan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
26-07-2022, 11:04
İsrail səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb
4-12-2021, 13:42
Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
29-12-2022, 17:52
Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?


















