Ana Sayfa > Karusel / Region > Ermənistanın Baş Qərargah rəisi və digər yüksək rütbəli zabitlər COVID-ə yoluxub

Ermənistanın Baş Qərargah rəisi və digər yüksək rütbəli zabitlər COVID-ə yoluxub


27-01-2022, 11:58. Yazar: Admin

Artak Davtyan

 

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və digər yüksək rütbəli hərbçilər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxublar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyası məlumat yayıb.

Bildirilib ki, yoluxma səbəbi ilə Ermənistan Silahlı Qüvvələrinin 30-cu ildönümü münasibəti ilə yanvarın 28-də keçirilməsi planlaşdırılan rəsmi qəbul təxirə salınıb.

Xatırladaq ki, çərşənbə günü Ermənistanın Baş naziri Nikol Paşinyan da koronavirusa yoluxduğunu və xəstəliyin simptomsuz keçdiyini bəyan edib.

Son günlərdə Ermənistanda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir. Ötən sutkada ölkədə 2500-dən çox yoluxma halı qeydə alınıb.


Geri dön