Tarix: 02-10-2026 | Saat: 14:18
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan sülhü yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyir.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı deyib.
Hikmət Hacıyev bildirib ki, hazırda regionda faktiki sülh və təhlükəsizlik mövcuddur və bunun qorunması Cənubi Qafqazın daha geniş regional proseslərin mənfi təsirlərindən qorunması baxımından əhəmiyyətlidir: “Yaxşı xəbər ondan ibarətdir ki, Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasaydı, yəqin ki, regionumuzda tamamilə fərqli vəziyyət və reallıqlarla üzləşə bilərdik”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla uzun illər davam edən münaqişənin həllindən sonra sülhün əldə olunmasını və onun praktik müstəvidə möhkəmləndirilməsini prioritet hesab edir: “Biz həmişə deyirdik ki, müharibəni qazanmışıq, amma daha vacib məsələ sülhü də qazanmaq idi. Bu, həqiqətən də böyük səylər tələb edən bir prosesdir. Bunun üçün strateji düşüncə, səbir və Prezident İlham Əliyevin liderliyi lazım idi”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu sülhü yalnız Paşinyan hökuməti, Baş nazir Paşinyanla bağlamaq istəmir: "Biz bu sülhü Ermənistan xalqı ilə bağlamaq istəyirik. Azərbaycanın məqsədi gələcək nəsillərin münaqişənin nəticələrindən əziyyət çəkməsinin qarşısını almaq və sülh gündəliyini uzunmüddətli regional sabitliyə çevirə biləcək mexanizmlər yaratmaqdır".
Digər xəbərlər
















