Saytımızı qiymətləndirin


 
 

Novak: Dünya bazarında dizel yanacağı qıtlığı rekord qiymətlərə səbəb olub
Tarix: 02-10-2026 | Saat: 15:47
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Rusiya Baş nazirinin müavini Aleksandr Novak

 

Hörmüz boğazının bağlanması, sanksiya məhdudiyyətləri və neft emalı infrastrukturuna hücumlar fonunda dünya bazarında yaranan dizel yanacağı qıtlığı bu yanacağın qiymətinin rekord həddə yüksəlməsinə səbəb olub.

"TASS"ın verdiyi xəbərə görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.

“Dizel yanacağının dünya bazarından danışsaq, hazırda Hörmüz boğazının bağlanması nəticəsində bazar qıtlıq yaşayır. Kifayət qədər böyük həcmdə neft məhsulları dünya bazarlarına məhz bu boğaz vasitəsilə gedirdi. O cümlədən Rusiya da ixracı qadağan edib. Hazırda dünya bazarında qıtlıq var. Bu da dünya qiymətlərinə təsir göstərir”, - deyə o bildirib.

Aleksandr Novakın sözlərinə görə, dizel yanacağının rekord qiymətləri, xüsusilə Avropa və ABŞ-da qeydə alınır.

Baş nazirinin müavini qeyd edib ki, yaranmış vəziyyət həmçinin sanksiya məhdudiyyətləri, neft emalı infrastrukturuna hücumlar və logistika nəqliyyat marşrutlarının bağlanması ilə bağlıdır.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər