Saytımızı qiymətləndirin


 
 

Qonşular arasında dava – DİN hərəkətə keçdi
Tarix: 16-06-2022 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ağstafa rayonunda qonşular arasında dava olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, iyun ayının 7-də rayonun Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in "102 Zəng-Mərkəzi" Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülməsi barədə müraciət edib.

Eyni zamanda, müraciət edən şəxslərin qonşuları - Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri və təhqir olunmaları barədə məlumat verib.

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin məlumata görə, hadisəyə səbəb N.Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub.

Hazırda araşdırmalar davam etdirilir.

 



Xəbəri paylaş

310 dəfə oxunub.

Digər xəbərlər
7-09-2022, 09:20 Laçın, sən azadsan!