Tarix: 27-05-2022 | Saat: 17:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Bu gün endemik olmayan bölgələrdə ev heyvanlarından meymunçiçəyinə yoluxma təhlükəsi yoxdur”.
Bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, bu gün ev heyvanlarından yoluxma halı qeydə alınmayıb və bunun olma faizi çox azdır:
“Endemik bölgə anlayışı artıq azalıb. Avropa ölkələrində də bu virus aşkar olunub. Azərbaycan qapalı ölkə deyil, xaricə səfərlər edənlər olur, bizim ölkəyə də turistlər daxil olur. Bu zaman ilkin əlamətlərdən bu virus aşkarlana bilər. Yüksək qızdırma, boyun baş əzələ ağrıları və s. əlamətlər ola bilər. Xarakterik əlamət isə ondan ibarətdir ki, qızdırma başlayandan 3 gün ərzində dəridə səpkilər yaranır. Bu, koronavirus infeksiyası ilə müqayisə ediləcək xəstəlik deyil. Bu xəstəliyin çox spesifik əlamətləri var. Koronavirusu asimptomatik keçirənlər də olurdu”.
Digər xəbərlər