Tarix: 07-06-2022 | Saat: 18:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dünya Bankı (DB) bu il qlobal iqtisadiyyatın gələcək inkişafı ilə bağlı öz proqnozlarını (yanvarda gözlənilən 4,1%-dən 2,9%-ə) yenidən nəzərdən keçirib.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə DB-nin “Dünya iqtisadiyyatının perspektivləri” adlı hesabatında deyilir.
Qeyd edilir ki, 2022-ci ildə qlobal iqtisadi artım bu ilin yanvarında proqnozlaşdırılan 4,1% deyil, 2,9% təşkil edəcək. DB-nin ekspertləri qlobal iqtisadi artım tempinin 2023-2024-cü illərdə təxminən eyni səviyyədə qalacağı ehtimal edirlər.
“Ukraynadakı müharibə, Çindəki sanitar-epidemioloji məhdudlaşdırıcı tədbirlər, tədarük zəncirlərinin pozulması və staqflyasiya riski qlobal iqtisadi artıma zərbə vurur”, - Dünya Bankının Prezidenti Devid Melpas bildirib.
Onun sözlərinə görə, hazırda istehsalı təşviq etmək və ticarəti məhdudiyyətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir.
Digər xəbərlər