Saytımızı qiymətləndirin


 
 

Mişustin: "Qarabağla bağlı üçtərəfli razılaşma bütün Cənubi Qafqaz üçün faydalıdır"
Tarix: 20-05-2021 | Saat: 15:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

“Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşma bütün Cənubi Qafqaz ölkələrinin xeyrinə bölgənin inkişafı üçün yeni imkanlar açıb".

Qarabaginfo.az RIA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşündə dilə gətirib.

“Dağlıq Qarabağda döyüş əməliyyatları bitdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatları bölgədə daha geniş inkişaf üçün imkanlar açdı. Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir", - Mişustin qeyd edib.

Mişustin Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın ümumiyyətlə fəal inkişaf etdiyini, Rusiya-Azərbaycan bölgələrarası forumuna hazırlıqların getdiyini bildirib. O, Rusiyanın Azərbaycanla uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirdiyini də əlavə edib.



Xəbəri paylaş

1404 dəfə oxunub.

Digər xəbərlər