Saytımızı qiymətləndirin


 
 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad olunacaq
Tarix: 20-11-2018 | Saat: 18:27
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Noyabrın 23-də görkəmli bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) vəfatının 70 ili tamam olur.

Mədəniyyət Nazirliyindən "Qarabaginfo"ya verilən məlumata görə, qeyd edilən tarixdə tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək dahi bəstəkarın məzarlarını ziyarət edəcəklər.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Onun ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.

 



Xəbəri paylaş

596 dəfə oxunub.

Digər xəbərlər
9-11-2020, 15:28 Sabahın hava proqnozu
16-09-2023, 12:07 Neftimiz cüzi bahalaşdı
26-09-2022, 14:17 Şolts koronavirusa yoluxub